KATALOQ
© 2024 Khatai Light

FAYDALI MƏLUMATLAR

Evi təməldən almanın üstünlükləri

Proyektindən və tikinti texnologiyalarından asılı olaraq hündürmərtəbəli bir binanın tikiliş müddəti 2-3 il arası davam edə bilər. Bu prosesin ilkin etapı binanın təməl mərhələsidir ki, bir çox insanlar bu halda ev almağa ehtiyat edirlər. “Khatai Light” isə bu gün sizə bu mərhələdə mənzil sahibi olmanın üstünlüklərindən bəhs edəcək.

 

ERKƏN OYANAN, ÇOX YOL GEDƏR

Təməldən mənzil almağın ən üstün cəhətlərindən biri də, qiymətdə əldə edəcəyiniz qazancdır. Belə ki, bu zaman mənzilin kv/m-nin qiyməti, binanın tam tikilib başa çatdıqdan sonra formalaşacaq qiymətindən 30-40% daha ucuzdur. Vizual olaraq görmədiyiniz bir məhsulun xəyalına pul ödəmək riskli olduğu kimi, həm də çox sərfəlidir. Ancaq yenə də bu riskə gedə bilməyiniz üçün namizədi olduğunuz mənzilin qurucusu olan şirkətə qarşı güvən və etibarınız önəmlidir. Buna görə də mənzil alacağınız şirkəti araşdırmağınız məsləhətdir.

 

SEÇİM BOLLUĞU

Həyatımızda elə hallar olur ki, biz nəyisə düşünüb götür qoy edənədək, kimsə bizdən əvvəl hərəkətə keçib xəyallarımıza sahib olur. Və bu da çox zaman uzunmüddətli planlama tələb edən məsələlərdə baş verir. Əksər hallarda bir binanın tikilib istifadəyə verilməsini gözləsəniz, tikinti bitdikdən sonra binanın yarısının, üstəlik ən optimal variantlı mənzillərinin artıq satılmış olmasının şahidi olarsınız. Təməldən aldıqda isə barmağınızı uzadacağınız istənilən mənzilə sahib ola bilərsiniz.

 

BÜDCƏNİZ ÜÇÜN RAHATLIQ

Mənzili kreditlə əldə edəcəyiniz halda, daha sonra başlanan təmir qayğılarını da nəzərə almağınız məsləhətdir. Belə halda büdcəyə çox yük düşməməsi üçün də, onu təməldən almaq daha əlverişli görünür. Çünki o zaman bina tikilib qurtaranadək siz də kredit ödənişlərinizdən qurtulmuş olursunuz. Və bundan sonra daha rahat və arzuladığınız kimi mənzilinizi təmir edə bilərsiniz. Üstəlik bununla vaxtınıza da qənaət etmiş olacaqsınız.

Ən əsası isə, övladınızın gözünüzün qarşısında böyüdüyünü izləmək necə zövq verirsə, eləcə də mənzilinizin 0-dan tədricən tikildiyini görmək, bunun şahidi olmaq çox gözəl bir hissdir.

Hal-hazırda təməl mərhələsində olan və 2019-cu ilin sentyabrında başa çatması nəzərdə tutulan, şəhərin mərkəzində yerləşən yepyeni yaşayış binası “KhataiLight” sizin bu hissləri heç bir risk olmadan yaşayacağınıza zəmanət verir.