KATALOQ
© 2024 Khatai Light

LAYİHƏ HAQQINDA

LAYİHƏ HAQQINDA

İnşaasına 2017-ci ilin yayında başlanılan və 2019-cu ilin payızında istismara verilməsi planlaşdırılan KHATAİ Light - 2 blokdan, 1, 2, 3 otaqlı olmaqla toplam 180 mənzildən ibarət olan 16 mərtəbəli Yaşayış Binasıdr.

 

YERLƏŞMƏ

KHATAİ Light Yaşayış Binası şəhərin mərkəzində, infrastruktur baxımından ən uğurlu yerlərdən biri hesab edilən Nəcəfqulu Rəfiyev küçəsində inşa edilməkdədir ki, buradan həm şəhər mərkəzinə, həm də şəhərin digər istiqamətlərinə çox rahat şəkildə qısa müddətdə çatma imkanı verir. Yaşayış Binasından Xətai metrosuna və yeni Ağ Şəhər bulvarına 3-5 dəqiqəyə piyada çatmaq mümkündür. Bundan başqa, Yaşayış Binası şəhərin müxtəlif istiqamətlərinə, o cümlədən, Ağ Şəhər və yeni Ağ Şəhər bulvarına açılan gözəl mənzərələrə də malikdir.

 

LAYİHƏNİN ÜSTÜNLÜKLƏRİ

• Yerləşmə - Perspektivli ərazidə yerləşməsi,

• Peşəkar Layihələndirmə - Mənzillərin və daxili bölgülərin rahat, əlverişli və itkisiz planlaşdırılması

• Keyfiyyət – Tikinti işlərinin təcrübəli tikinti şirkətləri tərəfindən və keyfiyyətli materiallardan istifadə olunmaqla tikinti norma və qaydalarına tam əməl edilməklə aparılması

• Surət – Tikinti işlərinin qabaqcadan təsdiq olunmuş tikinti qrafikinə uyğun aparılması və bütün işlərin planlaşdırılan tarixlərdə təhvil verilməsi

• Xidmət - Layihədə yaşamaq və istirahət üçün baza ehtiyacların nəzərə alınması

• Qiymət - Müqayisəli yanaşma zamanı, analoji ərazidə və müvafiq keyfiyyət meyarlarına cavab verən mənzillərin satış qiymətinə münasibətdə daha uyğun qiymətlərin təklif olunması

• Ödəmə üsulu – Mənzillər nağd satışla yanaşı, eyni zamanda, 25 və ya 50 faiz ilkin ödənişlə və 12 ayadək faizsiz kreditlə təklif olunur

 

SOSİAL VƏ TEXNİKİ TƏMİNAT

KHATAİ Light Yaşayış Binasının işıq, su, qaz, internet və TV xətləri ilə təchiz olunması planlaşdırılmışdır. Həyətyanı sahə sakinlərin istirahətini təmin etmək məqsədi ilə, göz oxşayan ağac və dekorativ bitkilərin əhatəsində uşaq və istirahət meydançaları ilə təmin ediləcək, sakinlərin avtomobilini rahat park etmək üçün isə həm açıq, həm də qapalı tipli qarajlar mövcud olacaqdır. Bundan başqa, Yaşayış binasında mağaza, restoran-kafe, fitnes-sağlamlıq mərkəzi və s. kimi sosial infrastrukturların da fəaliyyəti planlaşdırılır.

 

MƏNZİL ÖLÇÜLƏRİ

Layihədəki mənzil ölçüləri xüsusi şəkildə optimallaşdırılmış və sakinlərin rahatlığı xüsusi nəzərə alınmışdır :

• Mənzilin yararlı sahəsi maksimal şəkildə nəzərdə tutulmuşdur.

• Balkonlar ümumi mənzil sahəsinin az bir hissəsini təşkil edir və effektiv yerləşdirilmişdir.

• Sanitar qovuşaqlar və hamam ölçüləri ehtiyaca uyğun tənzimlənmişdir.

 

KHATAİ Light - da mənzillərin ümumi sahələri aşağıdakı kimidir:

1 otaqlı

2 otaqlı

3 otaqlı

46.9 kv.m 83 kv.m 114.5 kv.m
52.3 kv.m 91.3 kv.m 114.6 kv.m
58.6 kv.m 89.9 kv.m 124.6 kv.m
60.5 kv.m 93.1 kv.m  
  104.4 kv.m